"Rusiyanın Ukraynada hərbi məğlubiyyəti Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında mümkün sülh müqaviləsinin bağlanmasıni yaxınlaşdıracaq".
Qaziler.az bildirir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
"Rusiya və Ukrayna arasında müharibə daha dağıdıcı və həlledici mərhələyə keçib. Qərbin silah tədarükü Ukraynanın əks-hücumlar həyata keçirməsi ilə nəticələnib. Rusiyanın cəbhə xəttində itkilər və ərazilərdən cakilməsi hakimiyyət arasında ciddi siyasi böhrana gətirib çıxarır. Generalitet arasında qarşıdurma, FTX ilə Müdafiə nazirliyi arasında qarşılıqlı ittihamlar Kreml dəhlizlərində açıq şəkildə eşidilir.
V. Putinin şəxsi ordusu sayılan muzdlu "Vaqner" silahli birləşmələri əhəmiyyətli dərəcədə irəliləyişə nail ola bilmir. Halbuki V. Putin quru döyüşlərində onlara güvənirdi. Demək olar ki, şəxsi heyətin döyüş üstünlüyü birmənalı olaraq Ukrayna tərəfindədir.
Ukrayna döyüş əməliyyatlarını intensiv şəkildə davam etdirəcəksə, Krımla Donbas arasında quru yola fevral ayında çıxa biləcək. Donbasla, Krımın quru əlaqəsi kəsildikdən sonra status-kvo ötən ilin 24 fevral əvvəlinə qayıdacaq. Bundan sonra Türkiyənin vasitəçiliyi ilə Rusiyanın danışıqlara getməsi realdır.
Buna baxmayaraq, Rusiyanın yeni hücum əməliyyatı gözlənilir. Bu hərbi əməliyyatlar fevralın ortasında başlayacaq. Rusiyanın yeni hücum əməliyyatlarında Ukrayna itkilər verməsinə baxmayaraq Rusiyanın irəliləyişini dayandırmasi mümkündür. Bundan sonra, Rusiya Donbas istiqamətində əhəmiyyətli itkilər və ərazilərdən çəkilməsi ilə nəticələnə bilər.
Rusiyanın Ukraynada hərbi məğlubiyyəti Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında mümkün sülh müqaviləsinin bağlanmasıni yaxınlaşdıracaq", - deyə ekspert bildirib.
QAZİLER.AZ