Əmək, məşğulluq və sosial müdafiə üzrə elektron xidmətlərə 9,9 milyon müraciət olub

Əmək, məşğulluq və sosial müdafiə üzrə elektron xidmətlərə 9,9 milyon müraciət olub backend

2022-ci ilin sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2022-ci ildə 9,9 milyon müraciət qeydə alınıb.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, ötən il e-təyinatlar davam edib, 231 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, e-qaydada 212 min fərdi şəxsi hesab açılıb. 

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin təyinatı e-sistem üzərindən aparılır. Son bir ildə bu istiqamətdə proaktiv qaydada 17,7 min təyinat həyata keçirilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 50-dən çox qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən 2022-ci ildə Nazirliyin informasiya bazalarına edilən sorğu sayı 209 milyon, servislər üzərindən mübadilə sayı 17,8 milyon olub.

Diaspora