Göygölün icra başçısı Azad Abbasovun müqaviləsinə xitam verdi

Göygölün icra başçısı Azad Abbasovun müqaviləsinə  xitam verdi backend

Dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Məmməd oğlu Abbasovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

"Report"un Qərb bölgəsinin məlumatına görə, Azad Abbasov uzun müddət hərbi sahəsində zabit kimi xidmət edib, təhsil sahəsində müəllim kimi fəaliyyət göstərib və 2004-cü ilin iyul ayından hal-hazırkı müddətədək Göygöl Rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azad Abbasovla görüşü zamanı ona rayonun ictimai həyatında ağsaqqal kimi fəal iştirak etməsini tövsiyə edib.

loading...
Diaspora