Ölkə ərazisində qarlı və dumanlı hava şəraiti davam edir.
Trend xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-da məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Şəki, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Cəfərxan, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Bakı, Maştağa, Binə, Neft Daşlarında zəif qar yağır. Digər rayonlarda isə yağıntıda qısa fasilə yaranıb.
Havanın temperaturu hal-hazırda Bakıda və Abşeron yarımadasında və aran rayonlarında 0°-yə yaxındır, dağlıq və dağətəyi rayonlarda isə 11°-dək şaxta müşahidə olunur.