Azərbaycan Ordusunun ilk qurucularından olan, uzun illər orduda xidmət etmiş Qarabağ qazisi Rəşid Əliyev vəfat edib.
Bu barədə Qaziler.az-a Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib. O bildirib ki, ehtiyatda olan kapitan uzun müddət idi ki, qara ciyərin metastazı onkoloji xəstəliyindən əziyyət çəkirmiş.
Xatırladaq ki, Rəşid Əliyev Xocalı soyqırımından sonra N saylı xüsusi təyinatlı hərbi hissədə rabitə sistemini quraraq, Füzuli, Ağdam, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə müharibə bitənə qədər vuruşub.
Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi olan Rəşid Əliyev 2008-ci il oktyabrın 6-da İranın təhlükəsizlik xidməti “ETTELAAT” tərəfindən həbs edilərək, 1 il 10 ay zindanda qalıb.
“Qarabağ qaziləri” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun, QAZİLER.AZ saytının kollektivləri Rəşid Əliyevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə başsağlığı verir!
Allah rəhmət eləsin!
QAZİLER.AZ