Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılaraq verildi

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılaraq verildi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələrini yaşadıqları yerlərə apararaq təqdim edir.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, agentlik bu dəfə Xaçmaz rayonunda yaşayan bir qrup əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələrini ünvanlarına apararaq təqdim edib.

Onlara ümumilikdə 20 reabilitasiya vasitəsi, o cümlədən bir qisminə təkərli oturacaqlar verilib.

QAZİLER.AZ

Diaspora