“Qərbi Azərbaycana Qayıdış konsepsiyası praktikliyə və reallığa əsaslanmalıdı” - İlham İsmayılov

“Qərbi Azərbaycana Qayıdış konsepsiyası praktikliyə və reallığa əsaslanmalıdı” - İlham İsmayılov backend

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşündə olduqca vacib məqamlara toxundu. Prezidentin səsləndirdiyi fikirləri strateji olaraq konseptual bir proqram kimi də xarakterizə etmək olar. Bəs Qərbi Azərbaycana qayıdışımızın təməlində nə dayanmalıdır və bu proses necə idarə olunmalıdır?

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, əslən Qərbi Azərbaycandan olan İlham İsmayılov Demokrat.az-a bildirib ki, ölkə başçısı uzun illərdir ki, Göyçədən, Zəngəzurdan, İrəvandan deportasiya olunmuş, qaçqın düşmüş azərbaycanlıların öz tarixi torpaqlarına qayıdacaqlarını dəfələrlə qeyd edir:

“Prezident Dağlıq Qarabağın Azərbaycanlı İcmasını ləğv edib, Qərbi Azərbaycan İcmasını yaratmaqla neçə illər əvvəl dediyi fikirləri həm də hüquqi əsaslarla reallaşdırmağa iradəsini ortaya qoymuş oldu. Bu strateji həmlə Qarabağ problemini davam etdirmək, onu yenidən alovlandırmaq istəyən qüvvələrə də bir anlamlı mesajdır. Bu həm də bizim üçün milli bir hədəfdir. İndi əsas işimiz bu hədəfi reallaşdırmaq üçün ortaq bir fəaliyyət planımızın hazırlanmasıdır”. İlham İsmayılov qeyd edib ki, ortaq fəaliyyət planı hazırlanarkən və reallaşdırılarkən daha geniş düşüncə quruluşları və ziyalılar bu işə cəlb olunmalıdır: “Qərbi Azərbaycana əsaslı bir Qayıdış konsepsiyası hazırlamaq üçün akademik yanaşma ilə yanaşı, həm də real, praktik işlər görülməlidir. İndiki Ermənistan sərhədləri içərisində qalan tarixi torpaqlarımız, dağıdılmış abidələrimizlə bağlı çoxlu məqalələr, kitablar yazılıb, xəritələr hazırlanıb. Təbii ki yenə də yazılmalı, əsas aparıcı dünya dillərinə tərcümə olunmalıdır. Hesab edirəm, həm də artıq dünyanın əsas siyasi mərkəzlərində bu məsələ ilə bağlı tədbirlər, konfranslar keçirilməlidir. Diaspora təşkilatlarımız bu işdə daha aktiv rol almalı, daima Ermənistana təzyiq göstərməlidirlər. Qayıdış konsepsiyasının əsasları beynəlxalq arenada gündəmdə tutulmalı, bir əsrdə üç dəfə deportasiyaya məruz qalmağımız diqqətə çatdırılmalıdı”. İlham İsmayılov qeyd edib ki, Qərbi Azərbaycandan sonuncu dəfə 1988-1991-ci illər ərzində deportasiya edilən 250 mindən çox soydaşlarımızın içərisində minlərlə canlı şahidləri mövcuddur və onlar bu gün də yaşayırlar:

“Onlar Ermənistandan məcburi köçə məruz qalıblar və demək olar ki, hər birinin mülkiyyət hüququ tapdalanıb. Hesab edirəm, sistemli bir şəkildə soydaşlarımız beynəlxalq məhkəmələrdə Ermənistan qarşısında məsələ qaldırmalı, hüquqi prosedur başlatmalıdırlar. Bu işdə QHT-lə birgə əməkdaşlıq və layihələrin dəstəklənməsinə də ehtiyac var”.  
 

loading...
Diaspora