Heydər Əliyev ilinin ilk tədbiri Ceyhanda baş tutdu - FOTOLAR

Heydər Əliyev ilinin ilk tədbiri Ceyhanda baş tutdu -  FOTOLAR backend

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiye Muharib Qaziler Derneyin dəvəti ilə bir qrup Vətən müharibəsi qazisinin Türkiyəyə səfəri davam edir.

Yanvarın 6-da Azərbaycanlı qazilərin iştirakı ilə Bakı-Tiflis-Ceyhan boru kəmərinin son dayanacağı olan Ceyhanda Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda tədbir keçirildi. Tədbirdə Ceyhan Bələdiyyə başqanı Hülya Erdem, Türkiye Muharib Qaziler Derneyin başqanı Beyazıt Yumuk və dərnəyin idarə heyəti iştirak edirdi.

Hər kəs Mustafa Kamal Atatürkün və  Heydər Əliyevin abidələri önünə gül dəstələri qoydu. Sayğı duruşundan sonra Azərbaycanın və Türkiyənin himnləri səsləndi.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli tədbirdə çıxış edərək qardaş ölkələrin tarixi əlaqələrindən, tarix boyu hər zaman bir-birilərinə dəstək olduqlarıdan danışıb. O, Heydər Əliyevin Türk dünyası üçün, Azərbaycanın müstəqilliyi üçün önəmini vurğulayıb. Bir millət iki dövlət ideyasına sadiq qalaraq iki dövlət arasında əlaqələrin genişləndirilməsindən bəhs edildi.

Emin Həsənli Azərbaycanın zəfərinin memarının məhz Heydər Əliyev olduğunu bildirdi: “Şuşa azad olunduqdan sonra Azərbaycan Prezidenti çıxışında bildirdi ki, ata vəsiyyətinə əməl edib Şuşanı azad etdiyini bildirmişdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın arasında olan dostluq münasibətlətlərini xüsusi qeyd etmək lazımdır. Bu dostluğun Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyəti vardır. Bu dostluq hər iki dövlətin uğurlarının əsas səbəblərindən biridir”.  

Sonra Ceyhan Bələdiyyə başqanı Hülya Erdem çıxış edib və Ümummilli Lider Heydər Əliyevin türk dünyasında yeri, Azərbaycan-Türkiyə dostluğunun əbədi olması barədə fikirlərini bölüşüb. Bələdiyyə başqanı Ceyhanda Heydər Əliyev məktəbi, Heydər Əliyev muzeyinin olması barədə danışıb. O, Ceyhanlıların Heydər Əliyevə məhəbbətindən bəhs edib və neft kəmərinin Ceyhana qədər gəlməsində Heydər Əliyevin xidmətindən danışıb.

Türkiye Muharib Qaziler Derneyin başqanı Beyazıt Yumuk Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etməsindən, Azərbaycanı ağır durumdan çıxarmasından danışıb. Onun Türkiyə və Azərbaycan arasında əlaqələrin genişləndirilməsində xidmətləri barədə bəhs edilib. Ceyhanda Şəhid Ailələri və Qazilər Dərnəyinin ofisinin məhz Heydər Əliyev parkında tikilməsinin təsadüf olmadığını bildirib. Heydər Əliyevin şəhid ailələrinə və qazilərə həmişə diqqət və qayğı ilə yanaşması xüsusi vurğulanıb. O da bildirilib ki, qazilər və şəhid ailələri dərnəyin ofisinin Heydər Əliyev parkında yerləşməsindən məmnun olduğu da bildirilib.

Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ilk tədbirin Ceyhanda Azərbaycan və Türkiyə qazilərinin iştirakı ilə və coşğu ilə keçirilməsi tədbir hamı tərəfindən xüsusi vurğulanıb.

Qeyd edək ki, yanvarın 4-də Tasusda da  Heydər Əliyev parkı və abidəsi ziyarət olunub.

Herbiand.az

loading...
Diaspora