Sabah qar yağacaq, yollar buz bağlayacaq

Sabah qar yağacaq, yollar buz bağlayacaq backend

Azərbaycanda yanvarın 8-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 0 dərəcəyə yaxın, Bakıda gecə və gündüz 0 dərəcəyə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq. 

loading...
Diaspora