Türkiyədə siyasi çalxalanmalar daha da dərinləşəcək - Nazim Cəfərsoy

Türkiyədə siyasi çalxalanmalar daha da dərinləşəcək - Nazim Cəfərsoy backend

"Türkiyədəki siyasi çalxalanma 2023 seçimlərində də bitməyəcək. Kimin qazanmasından asılı olmayaraq siyasət, iqtisadiyyat və təhlükəsizlik səhnəsində ciddi sarsıntılar olacaq".

Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Nazim Cəfərsoy səsləndirib. Onun şərhinə görə, Türkiyədə 2024-cü ildə keçiriləcək bələdiyyə seçkiləri bu çalxalanmaları daha da dərinləşdirəcək.

"Bələdiyyə seçkisi bitəcək, 2028 (proseslərin gedişatına görə bəlkə daha tez) seçkiləri prosesi başlayacaq.

Ümumilikdə Türkiyədə uzun müddətli milli, ağıllı və ciddi siyasi proqramlar və buna söykənən yeni siyasətçilərin və siyasi partiyaların ciddi inkişaf və güc qazanmaq potensialları olacaq!", - Cəfərsoy qeyd edib.

QAZİLER.AZ

Diaspora