KTM bayram günlərində zəhərlənmə şübhəsi ilə müraciət edənlərin sayını açıqladı

KTM bayram günlərində zəhərlənmə şübhəsi ilə müraciət edənlərin sayını açıqladı backend

Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 21 nəfərin (15-i qadın, 6-sı kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 21 nəfərdən 7-si dərmandan, 3-ü sirkə turşusundan, 4-ü etanol spirtindən, 4-ü dəm qazından, 2-si allergiyadan, 1-i isə botulizm səbəbilə zəhərlənib.

Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən 1-i ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin müalicəsinə davam edilir, bunlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.

loading...
Diaspora