Bu il Azərbaycandan Həcc ziyarəti olacaq? - AÇIQLAMA

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq? -  AÇIQLAMA backend

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ilə müqavilələrin imzalanması gözlənilir:

"Həcc ziyarətinin koronavirusla bağlı ötən ilki şərtləri bir az yumşaldılacaq. Bildiyiniz kimi, ötən il ziyarətə 65 yaşına qədər olan şəxslər gedə bilərdi. Çox ehtimal ki, bu il ziyarət üçün yaş məhdudiyyəti də olmayacaq. Amma yəqin ki, koronavirusa qarşı iki doza vaksin tələbi qalacaq".

loading...
Diaspora