“Amazon” 50 dollara planşet buraxacaq

“Amazon” 50 dollara planşet buraxacaq backend

“Amazon” şirkəti özünün yeni ucuz avadanlığı ilə elektronika bazarına çıxmağa hazırlaşır.


Lent.az-ın məlumatına görə, şirkət 50 dollara planşet buraxacaq.

“Wall Street Journal” yazır ki, bu planşetin 6 düym ekranı olacaq. Hələlik planşet barədə digər xarakteristikalar məlum deyil.

Güman edilir ki, şirkət digər hissələrdə qənaət edəcək və istifadəçilərə ancaq baza funksiyalardan istifadə etməyə imkan verəcək. Onlardan biri də internetdə “Amazon.com” saytından alış-veriş etmək olacaq.

Belə bir addım şirkət tərəfindən “Amazon”un bəzi bahalı avadanlıqlarının alıcıları cəlb etməməsindən sonra atılıb. Həmçinin ilin sonuna şirkət 8 və 10 düym həcmlik planşet modellərini də istehsal etməyə hazırlaşır.
Diaspora