Vasif Talıbov villalarını satışa çıxardı

Vasif Talıbov villalarını satışa çıxardı backend

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. V.Talıbov vəzifədən gedəndən sonra da onun personasına maraq azalmayıb. 

Yenisabah.az xəbər verir ki, ən müxtəlif mənbələr Talıbovlarla bağlı cəmiyyətə həvəslə məlumatlar sızdırır. Yayılan xəbərlər Vasif Talıbovun və oğlanlarının gündəmdən düşməsinə imkan vermir.

"Yeni Sabah" keçmiş sədrlə bağlı maraqlı məlumat əldə edib. Talıbovlara yaxın şəxslərdən birinin saytımıza bildirdiyinə görə, sözügedən ailə Londondakı dəbdəbəli villasını satışa çıxarıb. Bu məqsədlə Böyük Britaniyada əmlak satışı ilə məşğul olan tanınmış şirkətlərdən biri ilə müqavilə imzalanıb. 

Mənbə deyib ki, Vasif Talıbovun Londondakı villası 40 milyon funt sterlinqə başa gəlsə də, daha ucuz qiymətə satışa çıxarılıb. 

Məlumatlı şəxs Talıbovların Bakı və Naxçıvandakı villalarını da satmağa hazırlaşdıqlarını deyib. 

loading...
Diaspora