Bölgələrdə şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil və fərdi ev verildi - FOTO

Bölgələrdə şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil və fərdi ev verildi -  FOTO backend

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Samux, Şəki,  Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Balakən və Zərdab rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil və fərdi ev və mənzil təqdim olunub. 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, Tərtər rayonunda fərdi evlərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak ediblər. 

Bildirilib ki, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən genişmiqyaslı sosial dəstək tədbirləri davam etdirilir. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı da bu tədbirlərin mühüm tərkib hissəsidir. 

Bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4500, ümumilikdə ötən dövrdə isə 13300 mənzil və fərdi ev verilib. 

Yeni evlərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

loading...
Diaspora