Azərbaycanda 1990-cı illə müqayisədə 5 yaşdan aşağı olan uşaqlar arasında ölüm halları azalıb.
APA-nın BMT-yə istinadən verdiyi məlumata görə, bu barədə UNİCEF və Dünya Səhiyyə Təşkilatının illik hesabatında deyilir.Bildirilir ki, ölüm halları hər 1000 doğuşa 105 nəfərdən 32 nəfərə düşüb.
Hesabatda Azərbaycan 32-ci yerdə qərarlaşıb.
Ümumilikdə 1990-cı ildən uşaq ölümü iki dəfə azalıb. Lakin “Minilliyin inkişaf planı”nda göstərildiyi kimi dünya 5 yaşadək olan uşaqlar arasında ölüm hallarının sayını 2/3 hissəsinə qədər azaltmaq hədəflərinə çatmayıb.