Cəlilabadda şəhid ailələrinə orden və medallar təqdim edilib

Cəlilabadda şəhid ailələrinə orden və medallar təqdim edilib backend

Cəlilabad rayonunda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi və Ermənistanın sentyabr təxribatı zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə orden və medallar təqdim edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, medalların təqdimetmə mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri və qazilər iştirak ediblər.

Əvvəlcə tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetişdirdiklərinə görə şəhid ailələrinə, göstərdikləri xidmətlərə görə isə qazilərə minnətdarlıqlarını ifadə ediblər.

Sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunmuş şəhidlərimizin orden və medalları ailə üzvlərinə təqdim olunub.

Şəhid ailələri göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

loading...
Diaspora