Dekabr ayının hava icmalı

Dekabr ayının hava icmalı backend

Ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslərlə əlaqədar dekabr ayında əsasən tutqun, buludlu, soyuq hava şəraiti üstünlük təşkil edib. Ayrı-ayrı günlərdə hava qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında temperatur iqlim norması ilə müqayisədə iki gün norma daxilində, doqquz  gün normadan aşağı (4,7 dərəcəyədək), on yeddi gün isə normadan yüksək (4,4 dərəcəyədək) olub.

 “Ay ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-də qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti olub”.

A.Verdiyev onu da bildirib ki, son illərin müşahidə məlumatlarına əsasən Bakıda və Abşeron yarımadasında dekabr ayında havanın maksimal temperaturu 2021-ci ildə 26 dərəcə isti,  minimal temperatur isə 2016-cı ildə 4,2 dərəcə şaxta, qar örtüyünün maksimal hündürlüyü 7-10 sm təşkil edib: 

“Son illər ərzində Bakıda və Abşeron yarımadasında qar 2015-ci ildə dekabrın 31-də, 2016-ci ildə isə yanvarın 1-2-də yağıb”.

Xidmət rəsmisinin sözlərinə görə, ayrı-ayrı günlərdə dağlıq ərazilərdə qar yağıb, qar örtüyünün maksimal hündürlüyü dekabrın 4-də İsmayıllıda 18 sm olub, havanın minimal temperaturu dekabrın 5-də Şahdağda 17 dərəcəyədək şaxta qeydə alınıb. Son illərdə qar örtüyünün maksimal hündürlüyü 2016-cı ilin dekabr ayında Böyük Qafqazın yüksək dağlıq ərazilərində 60 sm-ə çatıb:

“Dekabr ayında Bakıda və Abşeron yarımadasında mülayim cənub küləkləri üstünlük təşkil edib. Lakin ayrı-ayrı vaxtlarda arabir güclənən şimal-qərb küləkləri müşahidə edilib. Şimal-qərb küləyinin maksimal sürəti dekabrın 20-də 32 m/s-dək güclənib, dalğanın hündürlüyü 4,7 m təşkil edib. Ümumilikdə sürəti 15 m/s-dən çox olan küləkli günlərin sayı isə 5 olub”.

loading...
Diaspora