“Naxçıvanın qanun aktlarında nöqsanlar var...” - Səlahiyyətli nümayəndə

“Naxçıvanın qanun aktlarında nöqsanlar var...” - Səlahiyyətli nümayəndə backend

“Naxçıvan Ali Məclisi öz yerində qalır. Orada müzakirələr aparılacaq, qanunvercilik aktları qəbul ediləcək. Təəssüf ki, Naxçıvan Muxtar Respublikasında (Ali Məclisdə - red.) qəbul edilmiş qanun aktları ilə bağlı bir sıra nöqsanlar var”.

Bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Onun sözlərinə görə, həmin nöqsanlar nəticəsində qanun aktlarının yerlərdə işləmə mexanizmi düzgün tənzimlənmir:

“Bu məsələlərə isə Naxçıvan Ali Məclisi baxacaq, çünki onlar Nümayəndəlik ofisinin səlahiyyətində olan məsələlər deyil”.

loading...
Diaspora