Yollardakı sıxlıqla bağlı maraqlı təklif: "50 ədəd vapur alıb burada..."

Yollardakı sıxlıqla bağlı maraqlı təklif: "50 ədəd vapur alıb burada..." backend

"Deməli, Abşeron yarımadasının 3 tərəfi sudur. Ölkənin əhalisinin yarısı bu coğrafiyadakı 3 iqtisadi rayonda məskunlaşıb. Başda Bakı və Sumqayıt olmaqla böyük şəhərlər var. Həm Bakı daxilində, həm də Bakı-Sumqayıt arasında nəqliyyat dözülməz vəziyyətdədir. 50 ədəd feribot/vapur alıb burada möhtəşəm su nəqliyyatı təşkil etmək olar. Həm dövlət, həm sahibkarlar, həm də vətəndaşlar bundan karlı çıxar!"

Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Nazim Cəfərsoy səsləndirib. O, bu təklifi ilə Bakıdakı sıxlığın su yolu ilə tənzimlənə biləcəyini, bundan həm insanların, həm də sahibkarların faydalanacağını vurğulayıb:  

"Hələ üstəlik Xaçmazdan-Astaraya qədər Xəzər sahili şəhər və rayonlar arasında da bu cür su nəqliyyatı və dəniz turizmi təşkil etmək olar. Hələ Xəzərin qarşı sahilindəki Qazaxıstan və Türkmənistana da eyni şəkildə su nəqliyyat və dəniz turizmi təşkil etmək olar.

Niyə etmirlər bunu həm anlamıram, həm də bilmirəm!"

QAZİLER.AZ

Diaspora