Veteran təqaüdü alan Vətən müharibəsi iştirakçılarının sayı AÇIQLANDI

Veteran təqaüdü alan Vətən müharibəsi iştirakçılarının sayı  AÇIQLANDI backend

“Bu il 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 16 679 şəxsə proaktiv formada birdəfəlik ödəniş təyin edilib”.

“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qeyd edilən kateqoriya üzrə Naxçıvanda yaşayan 441 şəxsə, eyni zamanda Birinci Qarabağ müharibəsində iştirak edərək yaralanan və bunun təsdiqlənməsi üçün məhkəməyə verdiyi müraciəti təmin olunmuş 1109 şəxsə birdəfəlik ödəniş verilib:

“Bu ödənişlərin verilməsi üçün 105,5 milyon manat sərf edilib”.

DSMF rəhbəri həmçinin bildirib ki, “Zəfər” altsistemi vasitəsilə cari il ərzində təxminən 86 min şəxsə müharibə veteranı təqaüdü verilib və ödənişlər də yanvarın 1-dək tam ödənilib.

loading...
Diaspora