Gəncədə yük vaqonunun üstünə çıxan yeniyetməni elektrik cərəyanı vurub

Gəncədə yük vaqonunun üstünə çıxan yeniyetməni elektrik cərəyanı vurub backend

Gəncədə elektrik cərəyanı vuran 15 yaşlı oğlanla bağlı yeni məlumatlar var.

APA-nın məlumatına görə, bu gün saat 16:05-də Gəncəçay dəmiryol stansiyasının 6-cı yolunda dayanmış yük vaqonunun üstünə çıxan 2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu gərginlik naqillərinə toxunaraq ağır yanıq xəsarəti alıb.

Ərazidə olan ADY əməkdaşlarının çevik dəstəyi ilə xəsarət almış şəxs təcili yardım xidməti ilə saat 16:30-da xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırılma aparılır.

loading...
Diaspora