Numeroloqdan 2023 proqnozu: "Rusiya və İranın xəritəsi dəyişəcək"

Numeroloqdan 2023 proqnozu:  "Rusiya və İranın xəritəsi dəyişəcək" backend

Qarşıdan 2023-cü il gəlir. Hər ilin necə keçəcəyi təbii ki, hamını maraqlandırır. Onlar “gələn ilin necə keçəcəyi” ilə bağlı məlumatlar axtarırlar.

Numeroloq Xəyal Məmmədov 2022-ci ilin Azərbaycan əhalisi üçün daha ağır keçəcəyini qeyd etmişdi. O bildirirdi ki, dünyada olan qarşıdurmalar, inflyasiya, böhran Azərbaycandan da yan keçməyəcək.

Numereoloq Xəyal Məmmədov Xəyal Məmmədov

X.Məmmədov 2020-ci il 44 günlük müharibə dövründə də diqqətçəkən açıqlamalar vermişdi. Bu dəfə isə numeroloq Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2023-cü ildə Azərbaycanın Ermənistanla olan problemi öz həllini tapacaq. O qeyd edir ki, bu gün dünyada baş verən böhran hələ 2029-cu ilə qədər davam edəcək.

“Dünya xəritəsində dəyişikliklər baş verəcək. Ümumiyyətlə, energetik olaraq çox ölkələrdə dəyişiklik olacaq. Yaxın zamanlarda bu ilk növbədə İran və Rusiyada özünü göstərəcək”,- deyə qeyd edib. Onun sözlərinə görə, hazırda rəqəmlər iki ölkə, İran və Rusiya üçün energetik dəyişikliklərin olacağını göstərir.

“Hər iki ölkə Azərbaycanla qonşu olduğu üçün bu ölkələrdə baş verən hadisələr Azərbaycana da müəyyən qədər təsir edəcək, amma Azərbaycan güclüdür. Düzgün mövqedə olduğumuz müddətdə bütün problemlərdən Azərbaycan başıuca çıxacaq”,- deyə X.Məmmədov əlavə edib.

2023-cü ildə vətəndaşlarımızın həyat tərzində də müəyyən irəliləyişlər gözlənilir.

“Maddi baxımdan artımlar gözlənilir. Ancaq dünyada davam edən böhranlar, qiymət artımı və inflasiya Azərbaycanda sosial istiqamətdə atılan addımlara baxmayaraq, vətəndaşlara daha yaxşı yaşamağa imkan verməyəcək”,- deyə o əlavə edib.

loading...
Diaspora