“Naoborot qızışıyor” sözləri ilə tanınan şəxs vəfat etdi - VİDEO

“Naoborot qızışıyor” sözləri ilə tanınan şəxs vəfat etdi -  VİDEO backend

"Azərbaycan xalqı qan görəndə qorxmuyor, “naoborot” qızışıyor” ifadəsini işlədən Gəncə sakini vəfat edib.

"Unikal"ın məlumatına görə, Vətən müharibəsində həmin sözlərlə məhşurlaşan Gəncə sakini Taryel Şahverdiyev ötən gecə 60 yaşında ürək tutmasından dünyasını dəyişib.

T.Şahverdiyevin bir ay əvvəl ürəyindən əməliyyat olunduğu bildirilib.

Qeyd edək ki ,Taryel Şahverdiyev təqaüdə olan polis mayorudur.

Xatırladaq ki, bir cümləlik açıqlaması ilə məşhurlaşan Taryel Şahverdiyev köhnə döyüşçüdür, Qarabağ qazisidir. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə yollanan Şahverdiyev ayağından və ürək nahiyəsindən güllə yarası alıb.

Diaspora