36 dərəcə isti olacaq

36 dərəcə isti olacaq backend

Sentyabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
Diaspora