Alimlər yuxu müddətinin hansı yaşdan sonra artdığını açıqlayıblar

Alimlər yuxu müddətinin hansı yaşdan sonra artdığını açıqlayıblar backend

London Universitet Kollecinin araşdırması göstərir ki, insanlar 50 yaşından sonra daha çox yatmağa başlayırlar.

Qaziler.az bildir ki, tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Alimlər 63 ölkədən 730 min insan arasında sorğu keçirib. Məlum olub ki, 30-50 yaş arasında respondentlər gündə yeddi saatdan az yatsalar da, 53 yaşdan sonra yuxunun müddəti artıb. 60 yaşlarında olan respondentlər isə yeddi saat və ya daha çox yatdıqlarını bildiriblər.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bəzi ölkələrdə yaşdan asılı olmayaraq insanlar 20-40 dəqiqə daha çox yatırlar. Bu dövlətlər siyahısına Albaniya, Slovakiya, Rumıniya və Çexiya daxildir.

QAZİLER.AZ

 

Diaspora