Regionlarda şəhid ailələri və müharibə əlillərinə 50 mənzil təqdim olundu - FOTO

Regionlarda şəhid ailələri və müharibə əlillərinə 50 mənzil təqdim olundu - FOTO backend

Bu gün İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Şəki, Ağstafa, Tovuz rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil və fərdi ev təqdim olunub. 

Qaziler.az bildirir ki, İmişli rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlar tərəfindən mənzil və fərdi evlərin təqdim olunması tədbirində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirak ediblər. 

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunurlar. 

Bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4150, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib. 

Yeni evlərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

loading...
Diaspora