"Həqiqətənmi, Allahın "dostumuz" dediyi Muhəmməd peyğəmbər Qurana anası, atası haqqında bircə kəlmə yazmayıb?"
Qaziler.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri qeyd edib. O, övladı ilə bağlı yaşadığı duyğulu anları paylaşarkən ağlına peyğmbərin anası və atasıyla bağlı düşündürücü fikirlər gəldiyini bildirib.
"Deyək ki, valideynləri anladıq. Lakin 7 övladından 6-sını müxtəlif yaşlarda torpağa tapşıran bir insan, bir ata necə ola bilər ki, Qurana bircə kəlmə bu haqda yazmasın?
Təkcə bunun özü Quranın insan tərəfindən yazılmadığını göstərmirmi? İstədiyini əlavə edə bilməmək kitabın xüsusiyyətini büruzə vermirmi?
Bunu edə bilməyəcəyi barədə Quranın "Haqqa" surəsinin 44-47-ci ayələri yadıma düşdü... "Əgər bəzi sözləri özündən uydurub Bizə aid etsəydi..."" ilahiyyatçı Quranın Allah tərəfindən göndərildiyini vurğulayıb.
QAZİLER.AZ