Bu Qarabağdakı işğalçı tör-töküntüləri deyirlər ki, "beynəlxalq hüquqa görə Azərbaycan bizi bərabərhüquqlu tərəf kimi tanıyıb müzakirə aparmalıdır".
Ay bədbəxtlər, əgər elə olsa, Azərbaycan o istinad etdiyiniz beynəlxalq hüquqa görə sizdən bunları tələb edəcək axı!!!
1. 30 il boyunca Azərbaycanın keçmiş DGMV xaricində qalan ərazilərində törədilən bütün dağıntıların təzminatını: O istinad etdiyiniz beynəlxalq huquqa görə bu ən az 800 milyard dollar edəcək. Üstəlik bu dağıntılar istinad etdiyiniz beynəlxalq hüquqa görə həm də müharibə cinayətlərləri hesab edilir və böyük həbs cəzaları var! Bunu edən bütün şəxslər (ən az 10 min nəfər olar yəqin) böyük həbs cəzaları da alacaqlar!
2. O istinad etdiyiniz beynəlxalq hüquqa görə başda Xocalı olmaq üzrə soyqırımlar, etnik təmizliklər, bəşəriyyətə qarşı cinayətlər - hamısı çox illik həbslərlə cəzalanacaq! Bunu edənlərin sayısı da 5-10 min nəfər olar. Üstəlik bu cinayətlərdən mağdur olanların hər birinə beynəlxalq hüquqa görə milyonlarla dollarlıq təzminatları da özünü qarşı tərəf hesab edən siz ödəyəcəksiniz!
3. O istinad etdiyiniz beynəlxalq hüquqa görə, keçmiş DQMV ərazisindən etnik təmizləmə ilə qovduğunuz, o zaman 50 min olan azərbaycanlıların hər birinə 30 il üçün dəyəri milyon dollarla ölçülən maddi və mənəvi təzminat ödəyəcəksiniz! O istinad etdiyiniz beynəlxalq hüquqa görə bu 50 min azərbaycanlı təxminən 70-75 min nəfər olaraq qayıdacaq öz torpaqlarına!
Və s...
Yarı ac, yarı tox yaşamaq üçün ildə diasporadan ve Ermənistandan gələcək 20-30 milyon dollara möhtacsınız. Trilyon dollarlıq məhkəmə təzminatlari üçün neyniyəcəksiniz?
Yəni hara fırlatsanız beynəlxalq hüquqa görə boğazınıza, hatta saçınıza qədər qədər böyük bir işə düşmüsünüz!
Siyasi şərhçi Nazim Cəfərsoy
QAZİLER.AZ