"BDU-da kafedra müdiri seçilməyim barədə xəbərin belə geniş əks-səda doğurması, açığı, mənim üçün bir az gözlənilməz oldu".
Qaziler.az xəbər verir ki, bu barədə Əməkdar jurnalist, professor Qulu Məhərrəmli feysbuk səhifəsində paylaşım edib. O, hər kəsə təşəkkürün bildirib:
"Bu xəbərə sevinənlərə, məni təbrik edən bütün dostlarıma, jurnalist və müəllim həmkarlarıma, xüsusən tələbələrimizə, bu barədə məlumatları sevgi ilə yayan qəzetlərə, saytlara və sosial şəbəkə fəallarına təşəkkür edirəm. Ümidlərin doğrulacağına mən də ümid edirəm!"
Qeyd edək ki, dekabrın 21-də Əməkdar jurnalist Qulu Məhərrəmli BDU-nun Jurnalistika fakültəsinin “Multimedia və elektron kommunikasiya” kafedrasının müdiri təyin edilib.
QAZİLER.AZ