Biləsuvardakı faciəyə səbəb “Wi-Fi” modeminin partlaması imiş - TƏFƏRRÜAT

Biləsuvardakı faciəyə səbəb “Wi-Fi” modeminin partlaması imiş -  TƏFƏRRÜAT backend

Dünən Biləsuvarda evdə baş vermiş və 1943-cü il təvəllüdlü Nənələr Sərdar qızı Əhədovanın ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, faciə ilə nəticələnən yanğının evdəki “Wi-Fi” modeminin partlaması səbəbindən baş verməsi üzə çıxıb. Belə ki, mənzilin girişindəki aparat partlayaraq alovlandıqdan sonra yanğın divana keçib və evə yayılıb. Səhər yuxusunda olan ailə üzvləri çətinliklə mənzili tərk edə biliblər. Lakin 79 yaşlı N.Məmmədova içəridə qalıb və yanaraq həyatını itirib.

Hadisə nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli ev tamamilə yanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, yanğın dekabrın 20-si saat 05 radələrində şəhərin S.Rufullayev küçəsi 8 ünvanında qeydə alınmışdı.

loading...
Diaspora