Mehriban Əliyeva Ömər Eldarovu təbrik etdi - FOTO

Mehriban Əliyeva Ömər Eldarovu təbrik etdi -  FOTO backend

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım edib. 

Mehriban Əliyevanın “Instagram” hesabındakı paylaşımında bildirilir:

“Hörmətli Ömər Eldarov!

Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN”.

loading...
Diaspora