Daha 4 qazi Türkiyədə müalicəsini tamamlayaraq Vətənə qayıdıb - FOTO

Daha 4 qazi Türkiyədə müalicəsini tamamlayaraq Vətənə qayıdıb -  FOTO backend

Daha 4 qazi Türkiyədə müalicəsini tamamlayaraq Vətənə qayıdıb.

Bu barədə  YAŞAT Fondundan məlumat verilib.

Bildirilib ki, ağır yaralanan dörd qazi – Musayev Vadim Fikrətoviç, Səmədov Ceyhun Eldar oğlu, Ram İsmayılov Rəhman oğlu və Abdurrahmanov Nicat İlqar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar.

Ağır yaralılardan olan Əhmədov Saməddin Həmid oğlunun müalicəsi davam etdiyindən o, təkrarən Türkiyəyə göndərilib.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 177 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

loading...
Diaspora