Bakıda güclü külək 15 ağacı aşırdı

Bakıda güclü külək 15 ağacı aşırdı backend

Bakıda güclü külək səbəbindən 15 ağac aşıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma və Təsərrüfat Birliyindən məlumat verilib.

Bildirilib ki, gecədən başlayan güclü külək paytaxtın müxtəlif rayonlarında müxtəlif gövdəli 15 ağacın aşmasına səbəb olub.

Hadisə ilə bağlı daxil olan müraciətlərə dərhal reaksiya verilib və qurum əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək aşan ağaclar ərazilərdən götürülüb.

loading...
Diaspora