Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 178 nəfər qəbul olunub

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 178 nəfər qəbul olunub backend

Ötən il qəbul olunanlar da daxil olmaqla bu il müəssisədə 300-ə yaxın şəxsə sosial xidmətlər göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 178 nəfər qəbul olunub. 

Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq bölmələrinə qəbul ediliblər. 

Onlardan bir hissəsi müəssisədə artıq sosial rebilitasiya kursunu başa vurub. Hazırda burada 45-i qadın, 58-i kişi olmaqla 103 sakinə stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlər davam edir.  Onlardan 39-u uşaqlardır. 

Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə 300-ə yaxın şəxsə sosial xidmətlər göstərilib.

loading...
Diaspora