"Urus məktəbinə göndərilən hər bir türk balası Rusiya imperiyasının əlini gücləndirir" - Müraciət

"Urus məktəbinə göndərilən hər bir türk balası Rusiya imperiyasının əlini gücləndirir" - Müraciət backend

"Urus məktəblərini, urus dilini durmadan məndən qoruyanlar. İndi gördüyünüz kimi, sevdiyiniz uruslardır əslində Qarabağda erməniləri qaza gətirib üzərimizə yönəldənlər. Haydı, buyurun, Rusiyaya etiraz edin".

Qaziler.az xəbər verir ki, bu fikirləri jurnalist Azər Həsrət səsləndirib. O, Azərbaycanda rus dilinə yüksək dəyər verənlərə, övladının rus dilində təhsil almasına çalışanlara müraciət edib:

"Axı mənə illərdir sübut edirsiniz ki, adamın urus məktəbində oxumasının heç bir dəxli yoxdur, yeri gələndə belə lap anadillilərimizdən də artıq vətənsevərsiniz. Neçə gündür Laçın yolunda aksiya davam edir, amma sizdən səs yoxdur. Bu arada, küyə düşüb uşaqlarını urus məktəbinə qoyanlar, sizin üçün də bir şans yaranıb ki, uşaqlarınızı geri çəkib Rusiyaya yerini göstərəsiniz. Unutmayın, urus məktəbinə göndərilən hər bir türk balası Rusiya imperiyasının əlini gücləndirir. Rusiyanın xidmətçisi olmayın..."

QAZİLER.AZ

Diaspora