Aksiyada kürk geyinən xanım danışdı: “Göyərçin sağdır” - VİDEO

Aksiyada kürk geyinən xanım danışdı: “Göyərçin sağdır” -  VİDEO backend

Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyətinin sədri Tahirə Məmmədova (Şuşalı) Şuşa−Xankəndi yolunda keçirilən ekoloji aksiyada kürk geyinməsi, çıxışı zamanı əlində tutduğu ağ göyərçinin ölməsi ilə bağlı görüntülərə görə tənqid olunmasına münasibət bildirib.

T.Məmmədova Pravda.az-a müsahibəsində deyib ki, belə bir həssas məqamda bu cür tənqidlərin qətiyyən yeri yoxdur.

O bildirib ki, ağ göyərçinlər Bakıdan aparılıb: “Qutulara qoymuşduq, ağızları bağlı idi. Bizimlə altı saat Qarabağa yol getdilər. Göyərçinlər çox incə idi. Aksiyaçılara göyərçinləri payladıq. Məqsədimiz bu idi ki, Xankəndinə mesaj göndərək - analaramızın gözü hələ yaşlıdır, sülh istəyirik, siz də bizə qoşulun, təbii sərvətlərimizi dağıtmağa qoymayın, Qarabağda yaşamaq fikrindəsinizsə, Azərbaycan vətəndaşısınızsa, bizə qoşulmalı, aksiyada iştirak edib, öz etirazınızı bildirməlisiniz, biz müharibə istəmirik, aksiyaya tank, tüfənglə gəlməmişik, bu, dinc vətəndaş aksiyasıdır, öz təşəbbüsümüzdür…

İnsanda, gərək, bəxt ola. Bəxt olmayanda, olmur. Əlimdə tutduğum göyərçinin qanadı sınıbmış. Görüntlərdə baxa bilərsiniz, quş əlimdədir, amma qanadının yarısı sallanır. Tərslikdən, çıxış edəcəkdim. Səsucaldanı da əlimə vermişdilər, güclə saxlamışdım. Bir əlimdə də quş çabalayır. Çabaladıqca sıxırdım ki, uçmasın. Görünür, qanadını sıxdıqca ağrı verib, başını o tərəf, bu tərəfə tərpədirdi. Mən onu uçuranda qalxmaq istədi, amma gördüm yorulub yerə düşdü. Orada tək mən deyildim, nazirliklərin də nümayəndələri, hamı orada idi. Göyərçini qərargahın otağına apardılar. Quş sağ idi, su verdilər, təkcə qanadı qırılmışdı. Çox sevindim. Ölsəydi, pis olardım, belə şeylərə həssasam.

T.Məmmədli aksiyada əyninə kürk geyindiyi üçün tənqid olunmasına da münasibət bildirib:

“Mən məmur deyiləm, nə də milyoner. kürkü, təxminən, 15 il əvvəl almışam, sintetikdir, təbii heyvan dərisi deyil. Dedilər ki, oralar soyuqdur, şaxtadır. Vallah, bilsəydim ki, hava normaldır, heç geyinməzdim, gödəkçə geyinərdim. Mənim üçün daha rahat olardı. Düşmənlər də məsələni öz xeyirlərinə çevirdilər, guya ekologiya aksiyasında kürk geyinmişik. Bunlar boş söhbətlərdir, göz yumuram, heç eşitmək də, ürəyimi bulandırmaq da istəmirəm. Hər kəs məni tanıyır. Şuşalıyam. Ömür boyu Vətən üçün canımı qoymuşam. Nə qədər kitablarım, şeirlərim çap olunur. Dağıdılmış, viran qoyulmuş Qarabağ mədəniyyəti haqqında da kitabım çıxıb, film çəkilib. Rus dili müəllimiyəm, rus dilini çox gözəl bilirəm".

loading...
Diaspora