ÜST rəsmisi: “Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq”

ÜST rəsmisi: “Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq” backend

“Pandemiya dövründə təcili tibbi yardım xidmətlərinin nə qədər vacib olduğunun şahidi olduq. Məqsədimiz bu istiqamətdə ciddi təkmilləşdirmələri həyata keçirməkdir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.

O bildirib ki, bütün dünyada və Azərbaycanda da pandemiya bəlli səviyyədən aşağıdır:

“Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq. Amma bu, o demək deyil ki, yeni pandemiya olmayacaq. Ona görə bütün təcili tibbi yardım sistemlərini və digər tibb sistemlərini gücləndirməkdə fayda var”.

loading...
Diaspora