Bakıda yanmış 16 mərtəbəli bina təmirdən sonra

Bakıda yanmış 16 mərtəbəli bina təmirdən sonra backend

"Mayın 19-da Binəqədidə yanan 16 mərtəbəli binada təmir işləri yekunlaşmaq üzrədir. Köhnə arakəsmələr sökülərək yeni kərpiclər vasitəsi ilə hörülüb. Mənzillərdə təmir işləri tamamlanıb". Bu fikirləri APA TV-yə binanın iş icraçısı Sənan Şükürov deyib.



"Binada yenidənqurma işlərinə hadisədən dərhal sonra başlanıb. Mayın 21-dən başlayaraq köhnə inşaat qalıqları tamamilə sökülüb. Təmir-tikinti işlərinə də həmin gündən başlamışıq. 59 mənzil tam təmir olunub. 36 mənzildə mebellər quraşdırılıb, tam hazır vəziyyətdədir. Qalan 23 mənzildə də hazırda mebellərin yerləşdirilməsi prosesi davam edir. Daxili işlərə gəlincə pilləkən qəfəsləri tamamlanmayıb. Yaxın 7 gün ərzində fasadın rəngləmə işləri də tam yekunlaşacaq”.

Binanın elektrik xətləri də yeniləri ilə əvəzlənərək boru ilə əhatələnib. Otaqların tavan hissələri sökülərək yeni alçıpanlarla əvəz olunub. Mənzillərdə su-kanalizasiya xətlərinin çəkilməsi işləri isə artıq başa çatdırılıb. Binanın fasadında isə suvaq işləri aparılır və bu işlər tamamlandıqdan sonra yeni üzlüklərin vurulmasına başlanılacaq.

"Mənzillərdə istilik sistemləri quraşdırılıb. Su xətləri yenilənib. Bloklarda olan liftlər dəyişdirilərək yeniləri ilə əvəz olunub. Pəncərə və qapıların hərbi yenisi ilə əvəz olunub. Yekun olaraq baş plan üzrə həyətyanı sahədə olan yarımçıq işlər həftə sonuna kimi tamamlanmalıdir".

Sənan Şükürov sentyabr ayının ortalarına binanın sakinlərə təhvil verilməli olduğunu deyib.


Diaspora