Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətov dəfn olunub - FOTO

Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətov dəfn olunub - FOTO backend

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov dəfn olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhidin cənazəsi Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

 

*****

13:17

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovun nəşi ailəsinə təhvil verilib.

"Report"un Qərb bürosunun məlumatına görə, mərhumun cənazəsi ailəsinin yaşadığı Tovuz rayon Aşağı Quşçu kəndinə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub. Onun 3 övladı yadigar qalıb.

loading...
Diaspora