Ağdamın Şıxbabalı kəndinin şəhidləri ziyarət olunub - FOTO

Ağdamın Şıxbabalı kəndinin şəhidləri ziyarət olunub - FOTO backend

Bu gün Ağdam rayonunun Şıxbabalı kəndinin bir qrup sakini 1992-ci ildə şəhid olan və kənd qəbiristanlığında dəfn edilən 3 şəhidin qəbrini ziyarət edib.

Bu barədə məlumatı ziyarətdə iştirak edən Qaziler.az saytının Baş redaktoru Rey Kərimoğlu verib.

Şəhidlərin ailə üzvləri rəsmi icazəylə Şıxbabalı kəndinə gedərək Əliyev Habil Əkbər oğlunun, Rəhimov Müşviq Əyyub oğlunun və Əliyev Mübariz Fikrət oğlunun qəbrini ziyarət edib, hər üç şəhidin məzarına gül dəstələri qoyub və ruhuna dualar oxuyublar.

Xatırladaq ki, Ağdam rayonunun Şıxbabalı kəndi 1993-cü ilin iyul ayında Ağdamın işğalı zamanı düşmənin nəzarətinə keçib və 2020-ci ilin noyabrın 20-da azad olunub.

QAZİLER.AZ

loading...
Diaspora