QAZİLƏR xarici KİV-ə istinadla xəbər verir ki, Milan alimlərinin apardığı araşdırmalara görə tortlar və makaron məmulatları kişilərdən çox, qadınlar üçün zərərlidir. Ekspert qrupu eyni vaxtda qadınlara və kişiləriə ağ çörək və makaron yedizdiriblər. Nəticədə qadınlarda çəki artımı müşahidə olunsa da bu, kişilərə heç bir təsir göstərməyib.
Bundan başqa alimlərin sözlərinə görə “un dietası” kişilərdə deyil, qadınlarda ürək-damar xəstəliklərinə səbəb olur. Bu isə qadın harmonları - estrogenlə baglıdır. Bu harmonlar yağ turşularının konsentrasiyasını artırır və bu zaman xolestrinin miqdarı yüksəlir.