Putinin necə öldürüləcəyi proqnozlaşdırılıb

Putinin necə öldürüləcəyi proqnozlaşdırılıb backend

"Çox güman ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putini zəhərləyəcəklər".

Qaziler.az UNİAN-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Rusiya prezidentinin yaxın ətrafı ona qarşı çıxmır, çünki başa düşürlər ki, yalnız onun "hakimiyyəti" dövründə mülkiyyət və gücə sahib ola bilərlər. Ona görə də Putinin prezidentliyi əleyhinə deyillər", - deyə Arestoviç "Qordon" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə,  rus xalqının öz liderinin “kütləvi uğursuzluğa uğradığını” başa düşdükdən sonra Rusiya prezidentinin ətrafı üçün Putinlə bağlı vəziyyət kəskin şəkildə dəyişə bilər.

Arestoviç hesab edir ki, Putinlə danışmayacaqlar, çünki o, arqumentasiyanı düzgün qavramaq qabiliyyətini itirib.

QAZİLER.AZ

Diaspora