Dünən səhər saatlarından etibarən Azərbaycanın qeyri-hökümət təşkilatlarının Azərbaycan ekoloqlarının bizim yataqlara buraxılmamasına etiraz olaraq Laçın koridorunda aksiya təşkil edilib.
Burada əsas tələblər,Azərbaycanın eko sisteminin dağılmasının qarşısının alınması məqsədilə Rusiya kontingentinin Azərbaycan ərazisində müvəqqəti yerləşən komandanı, Volkovun buraya gəlməsi və məsləyə aydınlıq gətirməsidir.
Hazırda aksiyamız davam edir.Tələblərimiz yerinə yetirilənə kimi bu aksiya davam edəcək.Bu sözləri ictimai fəal Rauf Rəcəbov News365.az-a fikirlərində bildirib.
Burada ictimai fəallar,QHT nümayəndələri çoxluq təşkil edərək tələblər irəli sürürlər,hələki general Volkovdan xəbər yoxdur.Hələki susqunluq və yenə də susqunluqdur.
Bizi separatçılara dəstək verən Rusiya sülhməramlılarının silahları qorxutmur və heç zaman da qorxutmayacaq.Biz tələbələrimizi irəli sürürük,nümayişlər də tələbələrimizə cavab verilənədək davam edəcək.
İctimai fəal Rauf Rəcəbov bildirib ki,bu gün də insanlıqdan uzaq olan ermənilər dezinformasiya xarakterli məlumat yayıblar ki,guya Azərbaycan əsgərləri Laçın Xankəndi yolunu bağlayıb.Burada dinc nümayişçiləri və QHT sektorunun əməkdaşlarını ordu kimi qələmə verirlər,bu da ermənilərin bir yalanıdır.
Dünya ictimaiyyəti düzgün məlumat almaq istəyərsə, yalnız Azərbaycan informasiya agentlikləri və informasiya saytlarından dəqiq informasiyanı əldə edə bilərlər.