Müdafiə Nazirliyində struktur dəyişikliyi edilib.
Apa xəbər verir ki, nazirliyin strukturunda hərbi-texniki təchizat üzrə müavin postu yaradılıb.
Xəbər verildiyi kimi həmin vəzifəyə Prezident İlham Əliyevin 09.12.2022-ci il tarixli Sərəncamı ilə Qurbanov Aqil Səlim oğlu təyin olunub.
Qeyd edək ki, Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.
2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.
2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.
2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.
Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Ailəlidir. İki övladı var.
