Bu il DSMF-nin gəlirləri və xərcləri artıb

Bu il DSMF-nin gəlirləri və xərcləri artıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2022-ci ilin 11 ayında proqnozla müqayisədə 1,3 faiz  və ya 63 mln. manat artaraq 5 mlrd.118 mln. manat olub. 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, yanvar-noyabr aylarında Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz və ya 355 mln. manat artaraq 4 mlrd. 798 mln. manat təşkil edib. 

DSMF-yə  sosial sığorta daxilolmaları 11 ayda proqnozla müqayisədə 4,2 faiz və ya 165 mln. manat artaraq 4 mlrd. 79 mln. manat olub.

QAZİLER.AZ

Diaspora