Vasif Talıbov Bakıya gəlib - MR rəhbərinin yeni qərarlarla bağlı çağırıldığı ehtimal olunur

Vasif Talıbov Bakıya gəlib - MR rəhbərinin yeni qərarlarla bağlı çağırıldığı ehtimal olunur backend

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında Bakıya gəlib.

Bu barədə ”AzPolitika”ya MR-dəki etibarlı mənbə məlumat verib. 

V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki “fırtına” ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla əlaqədar qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq. 

Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan ediləcəyi gözlənilir. 

loading...
Diaspora