Şəkidə baş vermiş zəlzələ zamanı tarixi və mədəniyyət abidələrinə, qoruqlara ciddi ziyan dəyməyib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, qurumun Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları zəzlələ yerində monitorinqlər apararaq bu nəticəyə gəliblər. Məlumatda bildirilir ki, buna qədər Xidmət tərəfindən Şəkidə yerləşən tarix və mədəniyyət abidələrində təmir bərpa işləri aparılıb, bundan sonra da bu proses davam etdiriləcək.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl baş vermiş zəlzələ zamanı Şəki və bir sıra yaxın rayonlarda bəzi evlərin divarlarında iri çatlar əmələ gəlib.