Heydər Əliyevin anım günü ilə əlaqədar nazirlikdə tədbir keçirilib - FOTO

Heydər Əliyevin anım günü ilə əlaqədar nazirlikdə tədbir keçirilib - FOTO backend

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib. Ulu Öndərin büstü qarşısına güllər düzülüb, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qaziler.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümummilli Lider Heydər Əliyevin hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda dinamik inkişafa nail olunduğunu, həmin illərdə Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün vacib potensialın yaradıldığını vurğulayıb. Ulu Öndərin təşəbbüsü və böyük səyləri nəticəsində 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rola malik olduğunu, liseyin yetirmələri olan zabitlərin tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsində də rəşadətlər göstərdiklərini bildirib.

Nazir vurğulayıb ki, xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda, ölkəmiz üçün çox ağır bir zamanda yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişərək, müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna çıxmasına imkan yaradıb. Həmin vaxtdan milli iqtisadiyyatın sağlam əsaslar üzərində dirçəlməsi və tərəqqisi proseslərinə, eyni zamanda vətəndaş firavanlığının təminatı istiqamətində mühüm addımların atılmasına, ildən-ilə geniş miqyas alan sosial proqramların  icrasına başlanıb.

S.Babayev Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, bunun nəticəsi olaraq Azərbaycanın mühüm tarixi nailiyyətlərə, qələbələrə imza atdığını bildirib. Vurğulayıb ki, xüsusilə də 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edildi.

Dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılmaqla,  sosial müdafiə və aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Sosial ödənişlərin dəfələrlə artırılması, müasir sosial müdafiə və  reabilitasiya infrastrukturunun yaradılması təmin edilib. Son illər ölkəmizdə aparılan  sosial islahatların nəticələrinə beynəlxalq səviyyədə də yüksək dəyər verilir.

Bildirilib ki,  2023-cü il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla bağlı müvafiq Tədbirlər Planı əsasında gələn il ardıcıl olaraq silsilə tədbirlər həyata keçiriləcək.

Tədbir Ulu Öndərimizə həsr rolunmuş filmin nümayişi ilə davam edib.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, hörmət və ehtiramlarını ifadə ediblər.

loading...
Diaspora