İran öz neft və qaz yataqlarının hasilatını artırmaq üçün Avstriyanın enerji şirkəti “OMV”nin köməyindən istifadə etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın neft nazirinin müavini Amir Hossein Zamaniniya jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, “OMV” əsas əməliyyatları üçün texnologiyalarını İranda tətbiq etməyə hazırdır. Bu texnologiyalar həm neft, həm də qaz sahələri üçün istifadə olunacaq.
“OMV” müasir texnologiyalardan istifadə etməklə İranın neft və qaz yataqlarının bərpa dərəcəsi ikiqat artırmağa hazır olduğunu bildirib. İran üçün hazırda prioritet məsələ qonşu ölkələrə təbii qaz ixrac etməkdir”, - deyə İranın neft nazirinin müavini qeyd edib.